Paşinyan: Ermənistana yeni Konstitusiya lazımdır

Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var.

 

Senzor.az bildirir ki, bunu baş nazir Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.

 

“Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - o bildirib.

 

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarda deyil, həm də onun qəbul edilməsindədir: “Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır”.

 

Paşinyan vurğulayıb ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir: “Buna baxmayaraq, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.