Kreml prezidentlərin 50 dəqiqəlik qapalı danışıqları haqda – “BAYDEN PUTİNƏ SÖZ VERDİ Kİ...”
YENİLƏNİB
Xəbər verildiyi kimi, ötən axşam Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Putinin köməkçisi Yuri Uşakov liderlərin təxminən 1 saata yaxın davam edən qapalı söhbətinin bəzi təfərrüatlarını açıqlayıb.
 
Onun sözlərinə görə, Co Bayden Vladimir Putinlə telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu vurğulayıb.
 
“Prezident Baydenin söhbət zamanı bir neçə dəfə “nüvə müharibəsi başlaya bilməz və onun heç bir qalibi olmaz” deməsi çox vacib mesajdır. Amerikalılar ABŞ və Rusiyanın dünyada ən böyük nüvə potensialına malik ölkələr olduğunu başa düşərək bundan çıxış edirlər”, - deyə Uşakov bildirib.
 
Putinin köməkçisinin sözlərinə görə, “Bayden həmçinin vurğulayıb ki, Rusiya və ABŞ həm Avropada, həm də dünyanın başqa yerlərində sülh və təhlükəsizliyin təmin edilməsində əsas rol oynaya bilərlər və oynamalıdırlar”.
 
Uşakovun bildirdiyiniə görə, Bayden Putini əmin edib ki, Vaşinqton Ukraynada hücum xarakterli zərbə silahları yerləşdirmək niyyətində deyil.
 
“Bu söhbət zamanı Amerika tərəfdən gələn əsas mesaj prezident Baydenin ABŞ-ın Ukraynaya hücum silahları yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bildirməsi oldu”, - deyə Putinin köməkçisi bildirib.
 
Prezidentin köməkçisinin sözlərinə görə, Vladimir Putin qeyd edib ki, substantiv danışıqların davam etdirilməsi istəyi Rusiyanın amerikalılara verdiyi sənədlərdə də yer alan əsas məqamlardan biridir.
 
**09:56

ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
 
Telefon danışığı 50 dəqiqə davam edib.
 
Mətbuata qapalı rejimdə keçirilən danışıqlar zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin aktual qlobal və regional problemlər müzakirə edilib.
 
Qeyd edək ki, liderlər arasında sonuncu görüş dekabrın 7-də videokonfrans formatında olmuş və iki saatdan artıq davam etmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.