TRAMPA SUİ-QƏSD CƏHDİ... ABŞ “dərin dövlət”inin əməliyyatıdır?
ELXAN ŞÜKÜRLÜDƏN OPERATİV VƏ İLGİNC ŞƏRH

ABŞ-ın sabiq prezidenti Donald Trampa uğursuz sui-qəsd cəhdi qoca Baydenin diriykən tabutuna vurulan son mismara çevrilə bilər!

 

Bayden hökuməti bu qəsdi bundan sonra hətta Rusiya xüsusi xidmət orqanlarının üzərinə atıb, rəqibinə qarşı köhnə ittihamları yenidən gündəliyə gətirmək istəsə belə, sui-qəsddən sağ çıxması Trampın əhali arasında populyarlığını və reytinqini daha da gücləndirəcək. 

 

İlk debatında huşsuz Baydeni tank kimi əzən və bununla sorğularda xeyli önə çıxan Trampın qarşısının yalnız sui-qəsdlə alına biləcəyi fikri hakim kəsilmişdi ki, o da baş verdi. 

 

Ancaq Tramp sağdır və bu hadisə artıq qarşıdakı aylarda bütün dünyanın gündəminə çevrilərək, Rusiya-Ukrayna cəbhəsində baş verənlər qədər ABŞ-dakı 5 noyabr seçkilərinin qədərinə təsir edəcək. 

 

Mümkündür ki, ABŞ “dərin dövlət”i Ukrayna böhranından yeganə çıxış yolu kimi, nəhayət, Trampın prezidentliyə yolunu açmaq qərarına gəlib və sui-qəsd cəhdi də onların əməliyyatıdır...

 

Hər bir halda görünən odur ki, 2024-cü ilin 5 noyabr seçkiləri təkcə vətəndaş müharibəsi riskiylə üzləşmiş ABŞ-ın yox, bütün dünyanın gələcəyini müəyyənləşdirəcək hadisə olacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.