
“Mən həm ötən il, həm də bu il “60 dəqiqə” proqramında Trampa sui-qəsd ehtimalı və onun üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyindən danışmışdım. Şadam ki, ABŞ Məxfi Xidməti Donaldı xilas etdi”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları rusiyalı hərbi ekspert İqor Korotçenko Pensilvaniyada keçirilən seçki mitinqində prezidentliyə namizəd Donald Trampa edilən sui-qəsd cəhdinə münasibət bildirərkən deyib. 
O iddia edib ki, sui-qəsd cəhdinin arxasında Ukrayna dura bilər: “Kiyevdə Trampa nifrət edirlər və Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov şəxsən Putinə sui-qəsd hazırladığını etiraf etsə də, heç bir nəticəsi olmayıb. Budanov (yəni Zelenski) Trampa qarşı hazırkı sui-qəsdin arxasında təşkilatçı ola bilər”.