Ərdoğan Şimali Kiprə gedir
NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİNDƏ CHP SƏDRİ DƏ YER ALACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər zamanı Prezident Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiya nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.

 

Şimali Kiprə səfər edəcək Türkiyə nümayəndə heyətinin tərkibində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də yer alacaq.

 

Əməliyyatın 50-ci ildönümü münasibətilə ŞKTC-də keçiriləcək hərbi dəniz paradında bir çox dəniz vasitəsilə yanaşı, Türkiyənin ilk amfibiya gəmisi “TCG Anadolu” da iştirak edəcək.

 

Tədbirlər çərçivəsində iyulun 20-də “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin nümayiş uçuşlarının keçirilməsi planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.