Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.APA-nın məlumatına görə, magistiralın 113 –cü km-də qeydə alınan hadisədə 40-a yaxın maşın toqquşub.
Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

**11:21
Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.
“Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.
İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.