Ərdoğan: Biz ŞKTC-nin tanınması üçün əlimizdən gələni etməyə qərarlıyıq - VİDEO/FOTO
YENİLƏNİB

Dünya ictimaiyyəti Türkiyəni 1974-cü ildə Kiprdə sülhməramlı əməliyyata başlamağa vadar edən səbəbləri unutmamalıdır.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyata başlamasının 50-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində çıxışında deyib.

 

Dövlət başçısı vurğulayıb ki, Lefkoşada keçirilən təntənəli tədbirlərin iştirakçıları Türkiyə əsgərlərinin qəhrəmanlığına ehtiramını bildirməklə yanaşı, həm də Kiprin tarixi həqiqətlərini bir daha bəyan edirlər: “Biz Türkiyə qoşunlarının Kiprə niyə çıxdığını xatırlamağa borcluyuq. 1963-1974-cü illərdə Kipr türkləri faktiki olaraq ada ərazisinin 3 faizində bloklandılar. Bu dövr tarixə təzyiqlərin, iztirabların və qan tökülməsinin “qara zolağı” kimi düşdü. Kipr türklərini qurucularından biri olduğu dövlətin ərazisindən sıxışdırmağa çalışıblar”.

 

Türkiyə lideri xatırladıb ki, BMT sülhməramlıları Kipr yunanlarının qanunsuzluğunu dayandırmaq iqtidarında olmayıblar, 1974-cü ilin ortalarında isə türklərə qarşı zorakılıq dalğası pik həddə çatdı.

 

Ərdoğanın sözlərinə görə, Türkiyənin 85 milyon sakini siyasi baxışlarından asılı olmayaraq, Kiprin türk xalqını dəstəkləyib və dəstəkləyəcək: “Bu gün Türkiyənin həm iqtidar nümayəndələri, həm də müxalifət nümayəndələri Lefkoşadadır. Biz ŞKTC-nin ölkəmiz üçün əhəmiyyətini nümayiş etdirmək üçün buradayıq. Türk Kipri göz bəbəyi, Türkiyənin ruhunun bir parçasıdır. Cümhuriyyəti türk Kipri ilə təkcə şəhidlər deyil, həm də Osmanlı dövlətinin mirası bağlayır”.

 

Türkiyə Prezidenti bildirib ki, Türkiyə qoşunlarının Kiprə çıxışının ildönümü təkcə Kipr türklərinin deyil, Türkiyənin də bayramıdır.

 

“20 iyul tarixi Kipr türklərinin sülh və sabitlik istəyinin, suverenlik və bərabərliyi təmin etmək əzminin göstəricisidir. Biz ŞKTC-nin tanınması və fikir ayrılıqlarını “iki dövlət” prinsipi əsasında həll etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - deyə Ərdoğan əlavə edib.

 

**10:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Qeyd olunub ki, rəsmi mərasimə Ərdoğanla yanaşı CHP sədri Özgür Özəl və MHP lideri Dövlət Baxçalı da qatılacaqlar.

 

Hərbi dəniz paradında 50 hərbi gəmi ilə birgə, Türkiyənin ilk amfibiya gəmisi - “TCG Anadolu” da iştirak edəcək.

 

Bundan başqa, F-16 qırıcı təyyarələrinin uçuşu həyata keçiriləcək.

 

Həmçinin 50 illik yubileyin şərəfinə adada 50 top atəşi açılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.