
Xəbər verdiyimiz kimi, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Senzor.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, sual verənlərin əksəriyyəti xarici xəbər agentlikləri və telekanallarının, nüfuzlu qəzetlərin təmsilçiləri olub.
Azərbaycan jurnalistlərindən isə bu şansı yalnız REAL TV-nin rəhbəri Mir Şahin Ağayev qazanıb.
Tədbirin moderatoru, “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın təqdimatını, tanınmış jurnalistin sualını və Azərbaycan Prezidentinin cavabını təqdim edirik: