
ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib.
Senzor.az bildirir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.
"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib.
O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib.
ABŞ Prezidenti bu addımı iyunun 27-də əsas rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra Demokratlar Partiyasından gələn təzyiqlər nəticəsində atıb. Demokratlar Partiyasının noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədinin kim olacağı hələlik açıqlanmayıb. Amma Bayden vitse-prezident Kamala Harrisin prezident seçkilərində namizədliyini dəstəklədiyini bildirib.