AVROPA SÜLH, YOXSA MÜHARİBƏ FONDU? - Aİ ERMƏNİSTANA SİLAH ÜÇÜN PUL AYIRDI
İLK DƏFƏ

Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması ilə bağlı qərar rəsmən təsdiqlənib.

 

Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

 

Qərar Avropa İttifaqı (Aİ) -Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib.

 

Rəsmi İrəvana dəstək üçün ayrılan yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaqdır.

 

Qeyd edək ki, bu, Avropa Sülh Fondundan Ermənistana ayrılan ilk rəsmi hərbi yardımdır.


Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell-in qeyd etdiyi kimi, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərdə getdikcə daha vacib elementə çevrilir.

"Avropa Sülh Fondunun bu addımı  ölkənin dayanıqlığına daha da kömək edəcək. Xarici və təhlükəsizlik siyasəti ilə bağlı dialoqun daha da genişləndirilməsinə, eləcə də Ermənistanın Aİ – nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakına qarşılıqlı marağımız var", - Borrell bildirib.

 

Qeyd edək ki, Aİ Şurası Ermənistanla vizaların liberallaşdırılması ilə bağlı dialoqun başlanması barədə də qərar qəbul edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hər iki qərarı alqışlayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.