“Mir Şahinin Vaxtı”nın fərqli Xüsusi buraxılışı - TANINMIŞ JURNALİST VERİLİŞİN ƏSAS MÖVZUSUNU NİYƏ DƏYİŞDİ?
VİDEO

Real Təhlil İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev tamaşaçılarına müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin Vaxtı” verilişinin yeni Xüsusi buraxılışını təqdim edib.

 

Senzor.az bildirir ki, iyulun 25-i axşam saatlarında efirə gedən verilişin əvvəlində tanınmış jurnalist deyir: “Əslində bu gün Sizə reketçilikdən, efir-yayım dələduzlarından, media-pressa yazılmış geyimlərin arxasında min oyundan çıxan şarlatanlardan - dırnaqarası yazarlardan, görüntülü zənglə efirə çıxaraq özünü televiziya sayanlardan, təkadamlıq kameradan, əlindəki telefondan ölkəyə azadlıq vəzzariyyatı oxuyan antiəxlaqlardan bəhs etməliydim. Görürsüz? Heç bir halda media adamları, jurnalistlər demirəm. Şarlatan yazarlar, dələduz göstərənlər, reket yayımçılar... kimi sözlərdən istifadə edirəm. Çünki belələrinin mediaya, mətbuata dəxli yoxdur. Mövzuya əlbəttə toxunacağıq. Məsələn, özünü jurnalist, media işçisi adlandıran bu qadını əvvəl belə yadda saxlayın: Pərvin Abışova adlı biridir”.

 

Müəllif verilişin bu yerində həmin qadının küçə söyüşləri ilə kiminsə ünvanına hədələr yağdırdığı bir epizodu təqdim edir. Özü də, tamaşaçılardan üzr istəyərək qadının üz-çənə nahiyəsinin bəzi yerlərini bilərəkdən gizlədir ki, xüsusi səslər kəsiləndən sonra onun hansı sözlərdən istifadə etdiyini dodaqlarının tərpənişindən də başa düşmək olmasın. 

 

Sonra… Özünü media nümayəndəsi kimi qələmə verən bu qadın başqa hadisələrin mərkəzində peyda olur. Məsələn, küçədə bir neçə nəfər birlikdə hansısa qadını döyür. Bir az əvvəl ağır küçə söyüşləri söyən o qadın bu dəfə islamın yaşıl geyimində və başı örtülü haldadır: “Odur, Pərvin deyilən. Öz həməqidəsini, eyni yolun yolçusunu-İfadə adlı bir başqa qadının hərəkətlərini, daha doğrusu, əlbəyaxa döyüşünü, söyüşünü qeydə alır”.

 

Müəllif bu əsnada başqa kadrlar da təqdim edir: “Bu kadrlarda Pərvin Abışova deyilən… öz aləmində qazilərin, müharibə iştirakçılarının problemləri ilə məşğul olduğunu imitasiya edir. Sorğu-sual aparır, cavab istəyir…”.

 

Və burada Mir Şahin Ağayev vurğulayır ki, Pərvin deyilənlər tək deyil: “Onların sıralarında bir xeyli ad var. Onlar cəmiyyətin ən müxtəlif təbəqələrini təhdid və təzyiq altında saxlayır, belələrini tənqid edənlərin üzərinə mütəşəkkil dəstə kimi şığıyır, təhqir və linç hədəfinə çevirirlər. İstəklərinə müəyyən mənada çatırlar da. Bəziləri öz muxtar abır-həya divarına qısılıb qalır, bir başqaları “cəhənnəmə ki…” deyə boş verir, bəzi həmkarlar isə sadəcə geri çəkilirlər. Amma olmaz belə etmək! Olmaz onların iyrənclikləri qarşısında susmaq! Sonadək gedəcək, onlara öz yerlərini göstərəcəyik! Başqalarını bilmirəm, hər kəsi öz vicdanının ixtiyarına buraxıram. Amma mən bu davanı qəbul edirəm!

 

Beləliklə, bu mövzuda biz mütləq danışacağıq. Bir az gözləyin. İşləyirəm".


Və dərhal da əlavə edir:  "Amma indi efirə çıxmağımın səbəbi başqadır…”.

 

Xatırladaq ki, REAL TV-nin rəhbəri media məkanında qaçaq-quldurluq (reketçilik və dələduzluq) edənlərlə bağlı xüsusi çıxışının olacağını bir neçə gün idi ki, anons edirdi. Nəhayət, dünən bəyan etdi ki, “saat 21-də bu seriyadan ilk görüşümüz olacaq. Mütləq baxmağınızı xahiş edirəm! Reketlərin və şarlatanların baxmasını isə tələb edirəm!”

 

Maraqlıdır, belə olan halda müəllif mövzunu niyə yarımçıq saxlayıb və “başqa səbəb” deyəndə nəyi nəzərdə tutub? 

 

Ətraflı Xüsusi buraxılışda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.