Koronavirusun daha bir ştamı aşkarlandı – BU DƏFƏ FRANSADA
Fransanın Marsel şəhərində koronavirusun yeni ştamı aşkarlanıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Marsel İnfeksion Xəstəliklər İnstitutunun (IHU) alimləri məlumat yayıblar.
 
Onların “MedRxiv” portalında dərc olunan rəyinə görə, B.1.640.2 kimi qeydiyyata alınan koronavirusun yeni variantı Kamerundan qayıdan bir şəxsdə müəyyən edilib. Hazırda 12 nəfər bu ştama yoluxub.
 
Alimlər virus genomunun təhlili zamanı 46 mutasiya aşkar ediblər.
 
Yeni variant “IHU” (Universitetin adına uyğun olaraq) adlandırılıb.
 
Fransanın cənubunda yeni mutasiyanın aşkar edilməsi ilə bağlı məlumat bazar ertəsi axşam ən böyük almandilli mediada da yayılıb.


Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Qeyd edək ki, alimlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tanınmış mütəxəssisləri koronavirusun yeni mutasiyalarının aşkarlanacağı barədə xəbərdarlıq edirdilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.