Qazaxıstanda son vəziyyət: HÖKUMƏT İSTEFAYA GÖNDƏRİLDİ
95 POLİS XƏSARƏT ALIB, 200 NÜMAYİŞÇİ SAXLANILIB
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib.
 
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Prezident bildirib ki, baş nazir Askar Mamin istefa ərizəsini təqdim edib. Baş nazirin istefası dövlət başçısı tərəfindən qəbul edilib. Konstitusiyaya görə, baş nazirin istefası bütün hökumətin səlahiyyətlərinə xitam verilməsi deməkdir. Hökumət üzvləri yeni tərkib formalaşana qədər fəaliyyətlərini davam etdirəcəklər. Baş nazirin səlahiyyətlərini Əlixan Smailov icra edəcək.
 
İclas iştirakçılarına müraciət edərək Kasım-Jomart Tokayev hökumətin əsas vəzifələrdən birinin - inflyasiyanın qarşısının alınmasının yerinə yetirmədiyini vurğulayıb. "Bu vəzifə ölkə hökumətinin yeni tərkibi və kabinetin yeni rəhbəri üçün əsas vəzifə olacaq", - deyə dövlət başçısı bildirib. 
Prezident vəziyyətin sabitləşdirilməsində gördüyü işlərə görə Hökumət Komissiyasına, hüquq-mühafizə orqanlarına, Mangistau vilayətinin akiminə təşəkkür edib.
 
Ölkədəki hazırkı çətin ictimai-siyasi və sosial-iqtisadi vəziyyətdən danışan Kasım-Jomart Tokayev qeyd edib ki, etiraz vəziyyətinin yaranmasında əsas günah hökumət, xüsusən də Energetika Nazirliyi, həmçinin “Kazmunaigaz” və “Kazakqaz” şirkətləri üzərinə düşür.
 
Dövlət başçısı fövqəladə vəziyyətin tətbiqindən sonra Almatı şəhərində və Manqistau vilayətində vəziyyətin tədricən düzəldildiyini qeyd edib. O, vəziyyəti sabitləşdirmək üçün bütün tapşırıqların verildiyini, əsas yükün isə vəzifələrini uğurla yerinə yetirən Daxili İşlər Nazirliyi, SOBR və Milli Qvardiyanın üzərinə düşdüyünü vurğulayıb.
 
Prezident Mangistau vilayətində maye qaz istehsal edən KazGPZ bazasında yeni zavodun tikintisinin sürətləndirilməsi ilə bağlı ötən ilin iyununda verdiyi sərəncamının icrasını da tənqid edib. Bu arada Qazaxıstan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də vəziyyətlə bağlı məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı 200-dən çox nümayişçini saxlayıb. Qanuna zidd hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə ziyan dəyib. 

O da vurğulanıb ki, dövlət məmurlarına qarşı zorakılıq, xuliqanlıq, dövlət binalarına basqınlarla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.