Almatıda hərbçilərlə etirazçılar arasında atışma başlayıb
QAZAXISTANDA SON VƏZİYYƏT
Qazaxıstanın Almatı şəhərində meriya binasının qarşısındakı meydanda hərbçilərlə silahlı şəxslər arasında şiddətli atışma başlayıb.
 
Senzor.az bildirir ki, bu barədə hadisə yerində olan xarici jurnalistlər məlumat yayıblar.
 
“Meydanı iğtişaşçılardan təmizləmək üçün əraziyə hərbçilər yeridilib. Tərəflər arasında şiddətli atışma gedir”, - deyə məlumatda qeyd olunur.
 
Baş verən hadisələr fonunda Almatı şəhərində hüquq-mühafizə orqanları talan və soyğunçuluqla məşğul olanlara qarşı əməliyyata başlayıb. Əlavə olaraq qeyd olunur ki, etirazçılar inzibati binaları və avtomobilləri yandırıb, vitrinləri və bankomatları sındırıb, bir neçə ən böyük ticarət mərkəzini qarət ediblər. 
Qeyd edək ki, iğtişaşlar nəticəsində şəhərə böyük ziyan dəyib.
 
Yerli “Sputnik.kz”nın teleqram kanalı da şəhərdə atışmanın getdiyi barədə xəbər verib
 
Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb. 
 
"Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”, - xəbərdə qeyd olunur.
 
Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. "Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil", - agentliyin əməkdaşı əlavə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.