Qırğızıstan əsgərləri Qazaxıstanda etirazçılara atəş açmayacaqlar – GETSƏLƏR BELƏ...
Qırğızıstan qoşunları KTMT sülhməramlı kontingentinin tərkibində Qazaxıstana göndərilsə də, etirazçılarla qarşı-qarşıya dayanmayacaqlar. Onlar yalnız strateji obyektləri qoruyacaqlar.
 
“RİA Novosti” bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat katibi Erbol Sultanbayev deyib.
 
“Joqorku Keneş (Qırğızıstan parlamenti - red.) tərəfindən təsdiq olunarsa, Qırğızıstan Respublikasının hərbi qulluqçuları KTMT Nizamnaməsinə uyğun olaraq, kollektiv qüvvələrin tərkibində müstəsna halda sülhməramlı fəaliyyət üçün Qazaxıstan Respublikasına göndəriləcək”, - deyə o qeyd edib.
 
Sultanbayev onu da vurğulayıb ki, Qırğızıstan sülhməramlıları strateji əhəmiyyət kəsb edən obyektlərin mühafizəsinin təmin edilməsinə cəlb olunacaqlar.
 
“Xüsusilə qeyd edirik ki, Qırğızıstan hərbçiləri Qazaxıstan Respublikasında keçirilən aksiyaların iştirakçıları ilə heç bir qarşıdurmaya cəlb edilməyəcəklər”, - deyə o vurğulayıb.
 
Senzor.az bildirir ki, Qırğızıstan parlamenti Qazaxıstana hərbçi göndərməyi müzakirə edə bilməyib: deputatlar gəlməyiblər.
 
Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsi üçün 90 deputatdan 60-nın razılığı lazımdır.
 
Parlament sədri bildirib ki, “bir çox deputatlar Yeni il bayramları ilə əlaqədar hələ də bölgələrdədilər”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.