"Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var".Bunu “RİA Novosti”yə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.
S.Zas bildirib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı atəş açmaq hüququna malikdir.
Baş katib onu da vurğulayıb ki, Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə real təhlükə yaradır: "Hazırda orada baş verən hadisələr ölkənin təhlükəsizliyinə, sabitliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır. Ona görə də belə müraciət daxil olub, dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və bundan istifadə etmək üçün müvafiq qərar qəbul edilib. KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür". S.Zas həmçinin qeyd edib ki, Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, artırıla bilər: “Onlar vəziyyətə uyğun çıxış edəcəklər”.