Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırmayıblar – “ÖZÜ GEDİB...”
“Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərarı Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev özü qəbul edib”.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin müşaviri - mətbuat katibi Aydos Ukibay deyib.
 
Onun sözlərinə görə, Elbası və Kasım-Jomart Tokayev həmişə “barrikadaların eyni tərəfində” olaraq, xalqını, ölkəsini, millətin gələcəyini müdafiə edib və hamı üçün çətin olan bu günlərdə onlar dövlət hakimiyyətinin tamlığını bir daha nümayiş etdiriblər.
 
"Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Qazaxıstanın Birinci Prezidenti ilə bağlı çoxlu sayda yalan şayiələr və təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi vəziyyəti və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk.
 
Əvvəllər bəyan etdiyim kimi, Elbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, Təhlükəsizlik Şurasının sədri vəzifəsini Prezidentə şəxsən təhvil vermək qərarına gəlib. Çünki o, yaxşı bilirdi ki, iğtişaşlar və terror ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb edir.
 
Bu çətin zamanda Nursultan Nazarbayev bütün vətəndaşları xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməyə, terrorçulara qarşı mübarizədə və Qazaxıstanda həyatın normallaşdırılmasında Prezidentimiz Kasım-Jomart Tokayevi dəstəkləməyə çağırır.
 
Elbası terror aktları nəticəsində insanların həlak olmasından kədərlənir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”, - deyə Aydos Ukibay əlavə edib.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.