ABŞ Qazaxıstandan izahat tələb etdi
KTMT-dən KÖMƏK İSTƏDİYİNƏ GÖRƏ
Birləşmiş Ştatlar Qazaxıstandan, hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyə niyə qərar verdiyinə aydınlıq gətirməsini xahiş edir.
 
Senzor.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib. “Onlara (Qazaxıstan hökuməti-red.) Rusiyanın rəhbərlik etdiyi bu quruma niyə üz tutmağa məcbur olduqları ilə bağlı real suallarımız var. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən önəmlisi odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunmalıdır”, - deyə Blinken bildirib. 
O, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrini pisləyib: “Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.