Əbdürrəhman Vəzirov dünyasını dəyişdi – MOSKVADA, 92 YAŞINDA
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.
 
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
 
Ə.Vəzirov yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 92 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, əslən Şuşadan olan siyasətçi 26 may 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan SSR-ə rəhbərlik edib. 1990-cı il 20 Yanvar qırğınından sonra Rusiyaya sığınıb və ömrünün sonunadək orada yaşayıb.
 
20 yanvar qırğınının təqsirkarlarından biri sayılan Ə.Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.
 
Onu da xatırladaq ki, 2007-ci ildə Ə.Vəzirovun Azərbaycan Prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılmışdı. O vaxt Vəzirov həmin müraciətində Bakıya dönmək istədiyini yazmışdı.
 
Moskvada Ə.Vəzirovun memuarlarından ibarət “Mənim diplomatik xidmətim” adlı kitabı da işıq üzü görüb. Bu kitabda o, Hindistanda konsul, Nepal və Pakistandakı səfir fəaliyyəti dövründən bəhs edib, həmin müddətdə başına gələn real hadisələri, maraqlı olayları qələmə alıb, dövlət və hökumət nümayəndələri ilə ünsiyyətini təsvir edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.