Özbəkistan KTMT-yə üzv olmayacaq, amma... TƏHLÜKƏ YARANSA RUSİYADAN YARDIM İSTƏYƏCƏK
LUKAŞENKONUN TƏHDİDİNƏ REAKSİYA
Özbəkistanın yerli terror qruplaşmalarının hücumlarını dəf etmək təcrübəsi var, ciddi xarici təhlükə yaranarsa, ölkənin KTMT-yə qayıtması ehtimalı azdır, lakin müttəfiqlik münasibətləri çərçivəsində yardım üçün Rusiyaya müraciət edəcək.
 
Bunu Özbəkistanın Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşev Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh edərkən deyib.
 
"Özbəkistanda vəziyyəti ayıq və sakit şəkildə qiymətləndirirlər və başa düşürlər ki, ölkədə “yatmış” terrorçu və ekstremist hüceyrələr var. Amma bu, bir neçə minlik böyük, güclü və koordinasiyalı bir hərəkat olacaqsa, o zaman kömək lazım ola bilər. Özbəkistan isə KTMT-yə deyil, 2005-ci ildə müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladığı ölkəyə üz tutacaq. Bu isə Rusiyadır", - Yerqaşev söyləyib.
 
Yerqaşev qeyd edib ki, ölkəsi siyasi bloklarda təmsil olunmayacaq: "Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur. Əsas məsələdə konsensus var - bu, Özbəkistanın hərbi-siyasi bloklarda və təşkilatlarda iştirak etməyəcəyidir və KTMT də konkret olaraq bura daxildir".
 
Axar.az xatırladır ki, A.Lukaşenko Qazaxıstanda baş verənlərdən Özbəkistanın nəticə çıxarmalı olduğunu, bu ölkəni terror təhlükəsi gözlədiyini bildirmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.