Suriyada Prezidentə qarşı böyük əməliyyat:
ƏSƏD TƏCİLİ MOSKVAYA GETDİ

Suriya Prezidenti Bəşər Əsəd təcili Moskvaya səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

 

Əsədin Rusiya Prezidenti Vladimir Putinlə görüşünə hazırlıq görüldüyü bildirilir.

 

Qeyd edək ki, dünəndən etibarən İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Suriya ordusu və İranın dəstəklədiyi silahlılara qarşı böyük əməliyyata başlayıb. 

 

Qruplaşmanın indiyə qədər Aqil təpəsi, Əl-Raqib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi ilə yanaşı 32 kəndi ələ keçirdiyi bildirilir.

 

“Heyət Təhrir əş-Şam”ın ələ keçirdiyi ərazinin 254 kv.km-ə yaxın olduğu deyilir.

 

Müxaliflərin hərbi komandanlığı gərgin döyüşlərdən sonra Hələbin 20 km-də yerləşən Urm Əl-Kübra qəsəbəsini Əsəd qüvvələri və iranlı milislərdən geri aldıqlarını bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.