Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.
Senzor.az bildirir ki, Rusiya Federasiyasının Prezidentini Astana hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şəxsən qarşılayıb.
Qeyd edək ki, bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.
Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.