Rumıniyada prezident seçkiləri: RUSİYA İLƏ İTTİFAQIN TƏRƏFDARI HAMIDAN ÖNƏ KEÇDİ
YENİLƏNİB, FOTO/VİDEO

Rumıniyada keçirilən prezident seçkilərində bülletenlərin 98,66 faizinin hesablanmasından sonra Rusiya ilə ittifaqın tərəfdarı, NATO-nu və Ukraynaya yardımı tənqid edən müstəqil namizəd Kalin Corcesku liderlik edir.

 

Senzor.az bildirir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, prezidentlik uğrunda yarışda liderlik edən Corcesku 22,59 faiz, baş nazir Marçela Çolaku isə 19,55 faiz səs toplayıb.

 

"Rumınların Birliyi Uğrunda Millətçi Alyans"ın namizədi Corce Simion 13,94 faiz səs yığıb.

 


**00:31


Rumıniyada bazar günü keçirilən prezident seçkilərinin ilk turunda Sosialistlər Partiyasının (PSD) namizədi,  hazırkı Baş nazir Marçel Çiolaku 25 faiz səs toplayıb, USR-in namizədi Elena Laskoni 18 faiz, müstəqil namizəd Kalin Corcesku isə 16 faiz səs əldə edib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu nəticələr CURS, AVANGARDE və CIRA sosial sorğu institutları tərəfindən hazırlanmış exit-pollara əsaslanır.

 

Səsvermə nəticələrinə əsasən, növbəti sıralamada olan namizədlər:

 

∙ Corge Simion (AUR) – 15 faiz

 

∙ Nicolae Çiuka (PNL) – 14 faiz

 

∙ Mirçea Coană (Müstəqil) – 5 faiz

 

∙ Kelemen Hunor (UDMR) – 4 faiz

 

∙ Kristian Diakonescu (Müstəqil) – 2 faiz

 

∙ Digərləri – 1 faiz səs qazanıblar.

 

Bildirilir ki, verilən məlumatlar yalnız yerli seçki məntəqələrindəki nəticələrə aiddir və xaricdəki məntəqələr bu sorğularda nəzərə alınmayıb.

 

Bu nəticələri nəzərə alsaq, ölkədə dekabrın 8-də seçkilərin ikinci turu keçiriləcək.

**12:35 (24.11.2024)



Bu gün Rumıniyada prezident seçkiləri keçirilir.

 

Senzor.az bildirir ki, bu barədə Rumıniyanın milli xəbər agentliyi olan “Agerpres” məlumat yayıb.

 

Qeyd olunub ki, ölkədə yerli vaxtla saat 07:00-da təxminən 19 min seçki məntəqəsi fəaliyyətə başlayıb. Xaricdə yaşayan ölkə vətəndaşları isə noyabrın 22-dən başlayaraq ardıcıl üç gündür ki, onlar üçün açılan seçki məntəqələrində səs verirlər.

 

Dövlət başçısı postu uğrunda 14 namizəd mübarizə aparır.

 

Səsvermənin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.