Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu ilə Qallantın
HƏBSİNƏ ORDER VERDİ

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib.

 

Senzor.az-ın məlumatına görə, BCM-in yaydığı press-relizdə belə deyilir.

 

Sənəddə qeyd edildiyinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədər Palatası yekdilliklə Roma Nizamnaməsinə uyğun olaraq, İsrailin etirazlarını rədd edən iki qərar qəbul edib.

 

"Netanyahu və Qallantın Fələstin ərazisində törədilmiş mümkün hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verilib", - deyə press-relizdə bildirilib.

 

Bundan əlavə, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deyfin də həbsinə order verilib.

 

Lakin İsrail ordusu hələ avqust ayında məlumat vermişdi ki, Deyf iyulun 13-də İsrailin Qəzza zolağının Xan-Yunis şəhərinə endirdiyi zərbə nəticəsində məhv edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.