Türkiyə Prezidenti Livanda atəşkəsi alqışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda atəşkəs razılaşmasını alqışlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirirki, Türkiyə lideri bu barədə Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında Yaxın Şərqdəki vəziyyəti şərh edərkən danışıb.

 

Onun sözlərinə görə, “İsrail ilə Livan arasında noyabrın 27-də səhər qüvvəyə minən barışıq anlaşması Ankara üçün məmnunluq mənbəyidir”.

 

Siyasətçi bütün tərəfləri “ərazidə sakitliyi təmin etmək üçün razılaşmalara açıq-aşkar sadiq olmağa” çağırıb.

 

Türkiyə lideri Ankaranın Qəzza zolağında uzunmüddətli atəşkəsin təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.

 

Dövlət başçısı əmin edib ki, Ankara regiondakı bütün böhranların, o cümlədən Rusiya ilə Ukrayna arasında 1000 gündən artıq davam edən müharibənin dayandırılmasının tərəfdarıdır. O əlavə edib: “Türkiyənin qlobal siyasətin qütblərindən biri kimi rolu gündən-günə güclənir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.