Avropa Liqası: “Qarabağ” Fransa klubuna böyük hesabla uduzdu - YENİLƏNİB, VİDEO/ FOTO

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başa çatıb.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Lion"un heyətində qolları Jorj Mikautadze (2 qol), Korentin Tolisso və Malik Fofana vurublar. "Qarabağ"ın yeganə qoluna isə penaltidən Olavio Juninyo imza atıb.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində bir qələbəsi olan "Qarabağ" növbəti görüşünü dekabrın 12-də səfərdə "Elfsborq"a qarşı keçirəcək.

 

**10:00


“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin V turunda Bakıda Fransanın “Lion” klubunu qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq görüş saat 21:45-də start götürəcək. Matçı serbiyalı FIFA referisi Nenad Minakoviç idarə edəcək. 

 

Qeyd edək ki, aktivində yeddi xalı olan "Lion" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb, "Qarabağ" isə üç xalla 29-cudur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.