ZELENSKİ NATO-nun BAŞ KATİBİ İLƏ DANIŞDI - Rusiya, İran və Şimali Koreyanın “yaratdığı qlobal riskləri” müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə Rusiya, İran və Koreya Xalq Demokratik Respublikasının (KXDR) “yaratdığı qlobal riskləri” müzakirə edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

 

“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb”, – mətbuat xidməti qeyd edib.

 

Bildirilib ki, Zelenski Ukraynanın sorğusu əsasında dünən keçirilmiş NATO-Ukrayna Şurasının növbədənkənar iclasının təşkilinə görə təşəkkür edib.

 

“İclasda Ukrayna tərəfi Rusiyanın Dneprə qarşı yeni ballistik raketdən istifadəsi barədə ətraflı məlumat təqdim edib”, – məlumatda diqqətə çatdırılıb.

 

Zelenski Rusiyanın müharibəni genişləndirməsinə qarşı NATO-nun “qətiyyətli və vaxtında reaksiyasına” ümid etdiyini deyib: “Bu xüsusda dekabrın 3 və 4-də Brüsseldə xarici işlər nazirləri səviyyəsində Ukrayna – NATO Şurasının iclası keçiriləcək. Ukrayna bu tip raketləri ələ keçirə bilən hava hücumundan müdafiə vasitələrinin verilməsinə dəstək gözləyir. Ukrayna Alyans ölkələrinin silahlanmasında olan hava hücumundan müdafiə sistemlərinin siyahısını tərəfdaşlarına təqdim edib”.

 

“Ukrayna üçün NATO-ya dəvət almaq və Alyans ölkələri ilə müdafiə əməkdaşlığını davam etdirmək vacibdir”, – mətbuat xidməti dövlət başçısının sözlərindən sitat gətirib.

 

Məlumata görə, diqqət mərkəzində olan digər məsələlərdən biri də “uzaqmənzilli vasitələrin təchizatı və elan edilmiş yardım paketlərindən silahların təhvil verilməsinə olan kritik ehtiyac olub”.

 

Bundan başqa, tərəflər Rusiya, İran və Şimali Koreya “ittifaqının yaratdığı qlobal risklər” ətrafında fikir mübadiləsi aparıblar. Bu xüsusda “Rusiyanın silah müqabilində öz müasir hərbi texnologiyalarını ötürməsi məsələsi” qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.