Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: “Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
**16:24
Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.
**09:58
Türkiyənin Bolu şəhərindəki Kartalkaya xizək mərkəzində oteldə güclü yanğın baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Yanğın səbəbindən oteldə olan qonaqların başqa otellərə təxliyə edildiyi bildirilir.
Yanğının səbəbi hələlik məlum deyil.
Daha ətraflı videomaterialda: