ABŞ-ın ən azı 18 ştatından ibarət koalisiya Prezident Donald Trampın doğum yeri üzrə vətəndaşlığın verilməsini məhdudlaşdırmaq qərarına qarşı məhkəmə iddiası qaldırıb.
Bu barədə "Washington Post" məlumat verib.
Arizona və Vaşinqton da daxil olmaqla bir qrup ştat Trampın imzaladığı tədbirə qarşı ayrıca iddia qaldırıb.
"Nyu-Yorkun baş prokuroru Letitia Ceyms Trampın hərəkətlərinin yalnız konstitusiyayazidd deyil, həm də son dərəcə təhlükəli olduğunu bildirib", - nəşr yazıb.
Hüquq ekspertləri nəşrə bildiriblər ki, genişmiqyaslı tədbirlər bir əsrdən artıq tətbiq edilən hüquqi təcrübəyə ziddir və çətin ki, Konstitusiyaya uyğun olsun.
Daha əvvəl KİV Trampın immiqrasiya qanununda ABŞ Konstitusiyasını pozduğuna diqqət çəkib. Bildirilib ki, Tramp təkbaşına doğum yeri üzrə vətəndaşlığın verilməsini ləğv edə bilməz. Ölkə Prezidentinin Konstitusiyaya təkbaşına dəyişiklik etmək səlahiyyəti olmadığından, doğum yeri üzrə vətəndaşlığın verilməsini məhdudlaşdıran və ya ləğv edən hər hansı bir icra qərarına 14-cü düzəlişin pozulması kimi məhkəmədə etiraz ediləcək.