Cənubi Koreya polisi Prezidentin həbsini öz üzərinə götürməkdən imtina etdi - VİDEO

Koreya Respublikasının Korrupsiyaya qarşı İstintaq İdarəsi (CIO) prezident Yun Sok Yolun həbs orderinin icrasını polisə həvalə etməyə cəhd etdikdən sonra polis təkbaşına bu məsuliyyəti öz üzərinə götürməkdən faktiki olaraq imtina edib.

 

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

 

"Hüquqi yoxlamadan sonra biz həbs orderinin tətbiqi ilə bağlı Korrupsiyaya qarşı İstintaq İdarəsindən daxil olan bildirişin hüquqi cəhətdən mübahisəli məzmuna malik olması qənaətinə gəldik. İdarə ilə həbs orderinin tətbiqi barədə məsləhətləşmələri davam etdirməyi qərara aldıq", - polis xüsusi istintaq qrupu rəhbərinin müavini bildirib.

 

Agentliyin məlumatına görə, polis faktiki olaraq orderin icrasından imtina etmək niyyətini nümayiş etdirib. CIO yanvarın 5-dən 6-na keçən gecə Koreya Respublikasının Prezidenti Yun Sok Yolun qiyam işi üzrə həbs orderinin icrasını polisə həvalə etməyi qərara alıb. Orderin müddəti yanvarın 6-da başa çatır. İdarə onun müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək niyyətindədir.

 

Senzor.az xatırladır ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksəkvəzifəli hərbçi saxlanılıb. İstintaq qrupu ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. Dekabrın 31-də Seul məhkəməsi Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib. Yanvarın 3-də istintaq qrupu Prezidentin iqamətgahına gələrək onu saxlamağa cəhd etsə də, Prezidentin təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində həbs mümkün olmayıb.

 

Bütün bunlardan sonra Prezident Yun Sok Yolun mühafizəçilərinə, onu həbs etmək cəhdi təkrarlanacağı təqdirdə odlu silahdan istifadəyə icazə verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.