Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxsin saxlanılma görüntüləri yayılıb.
Senzor.az bildirir ki, şübhəli şəxs Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Həmin görüntüləri təqdim edirik:
Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.