İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da DSX-nın Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.