“Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib. ABŞ müharibəyə nöqtə qoymaq istəyir!”.
Senzor.az bildirir ki, bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio “NBS News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-ın rəsmi siyasətinin tərkib hissəsi olacaq: "Və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”.
Qeyd edək ki, bu, M.Rubionun dövlət katibi kimi Ukrayna ilə bağlı ilk açıqlamasıdır.