Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.
Senzor.az bildirir ki, bu barədə teleqram Kremlin saytında dərc olunub.
“Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərimi, həmçinin bütün yaralılara tezliklə sağalmalarını dilədiyimi çatdırmağınızı xahiş edirəm”, - məlumatda deyilir.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.