ABŞ Prezidenti Donald Tramp Meksika ilə milli sərhəddə fövqəladə vəziyyətin elan edilməsinə dair fərman imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, fərmana əsasən Tramp administrasiyası ABŞ ordusundan qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə istifadə etmək, transmilli dəstələrlə və narkotik ticarəti ilə mübarizə aparmaq, həmçinin onun köməyi ilə qanunsuz miqrantların kütləvi deportasiyasını həyata keçirmək niyyətindədir.
Yeni Prezident Oval ofisdə eyni zamanda qanuni statusu olmayam miqrantların yeni doğulmuş övladlarına vətəndaşlığın verilməsinin dayandırılmasına dair də fərman imzalayıb.
Qeyd edək ki, inaqurasiyadan dərhal sonra ABŞ sərhəd orqanları əvvəlki Prezident Co Baydenin vaxtında olan “CBP One” tətbiqinin bağlandığını açıqlayıb. Həmin tətbiq onlayn görüş təyin edərək miqrantların ABŞ-a qanuni şəkildə daxil olmasını təmin edirdi.