Moskva vilayətinin Domodedovo rayonunda "Miratorg" müəssisəsinin dayanacağının mühafizəçisi pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı həlak olub, iki nəfər xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.
Bundan əlavə, dayanacaqdakı avtomobillər də yanıb.
“Rosaviasiya”nın məlumatına görə, Moskvada Vnukovo və Şeremetyevo hava limanlarında uçuş təhlükəsizliyini təmin etmək üçün təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda vurğulanıb.
“Rosaviasiya”dan bildirilib ki, Domodedovo hava limanında artıq məhdudiyyətlər tətbiq edilib.
Daha əvvəl paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında qeyd edib ki, Moskvaya yaxınlaşarkən vurulmuş PUA-ların sayı 73-ə çatıb.
Rusiya Müdafiə Nazirliyi isə gecə boyu ölkə ərazisində Ukraynaya məxsus 337 PUA-nın vurulduğu barədə məlumat yayıb.