Ciddədə ABŞ-Ukrayna danışıqları başa çatdı
VİDEO

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

 

Bununla bağlı “Kyiv İndependent” məlumat yayıb.

 

Bildirilib ki, görüş Vaşinqtonun Kiyevə gələcək dəstəyinə və Rusiya-Ukrayna müharibəsini sona çatdırmağa böyük təsir göstərəcək.

 

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisi Aparatı rəhbərinin müavini Pavlo Palisa və müdafiə naziri Rustem Umerov təmsil edirlər.

 

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts rəhbərlik edir.

 

**

 

“Al Arabiya” telekanalının məlumatına görə, ABŞ-Ukrayna danışıqlarının birinci raundu başa çatıb. 

 

Hər iki ölkənin nümayəndə heyəti fasiləyə yollanıb. 

 

Andrey Yermak teleqram kanalında danışıqlarla bağlı paylaşım edərək “İş davam edir” şərhini verib. 

 

**

 

“Financial Times”in xəbərinə görə, danışıqların ikinci raundu start götürüb.

 

**

 

“Reuters” bildirib ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar başa çatıb.   Yekunda hər iki tərəf müzakirələrin nəticələrini ümumiləşdirən birgə bəyanat təqdim edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.