Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Bu barədə “The Guardian” xəbər yayıb.
Zelenskinin Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub.
Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-la danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.