Çexiya Prezidenti: “Avropa ABŞ-sız gələcəyə hazır olmalıdır”

Çexiya prezidenti Petr Pavel hesab edir ki, Avropanın ABŞ-ın hərbi dəstəyi olmadan yaşayacağı ssenarisinə hazırlaşmaq lazımdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, jurnalistlərə açıqlamasında Petr Pavel Çexiyanın “bir sıra mühüm məsələlərdə ABŞ-ın mövqeyinin dəyişməsini” nəzərə alaraq, ilk növbədə, həm ölkədə, həm də Avropa İttifaqında (Aİ) öz imkanlarına daha çox diqqət yetirməli olduğunu vurğulayıb.

 

“Bizim üstünlüyümüz ABŞ ilə sıx ittifaqda işləməyə davam etmək və fəaliyyət göstərən transatlantik əlaqəni saxlamaq olacaq. Digər tərəfdən, biz Aİ və ya Avropanın bir hissəsi kimi tək qala biləcəyimiz ssenariyə hazır olmalıyıq. Bu halda müdafiəmizi təmin etmək üçün bütün zəruri bacarıqlarımızı qorumaq üçün həmfikir ölkələrlə çox intensiv işləməyə hazırıq”, - Çexiya Prezidenti deyib.

 

Qeyd edək ki, ABŞ-ın yeni administrasiyası dəfələrlə Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırdığını və NATO-nun avropalı üzvlərinin müdafiəyə daha çox pul xərcləməli olduqlarını açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.