Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin iştirakı ilə bu gün Astanada Xarici İşlər Nazirliklərinin (XİN) nümayəndə heyətlərinin görüşü keçirilib.
Senzor.az bildirir ki, daha sonra Azərbaycan və Qazaxıstanın XİN-ləri arasında Fəaliyyət Planı imzalanıb.
**09:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Qazaxıstan Respublikası Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb", - paylaşımda qeyd olunub.
Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.