Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin iclası keçirilib.
Senzor.az bildirir ki, iclasda bir sıra daxili və xarici siyasi məsələlər müzakirə edilib.
Əkrəm İmamoğlu və İstanbul Böyükşəhər Bələdiyyəsinə dair aparılan istintaq üzrə digər şəxslərin həbs məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə isə Ərdoğan deyib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) liderinin çağırışından sonra baş verən hadisələri diqqətlə izləyirlər: “Vandalların hücumları zamanı yaralanan polislərimizə, obyektlərinin şüşələri qırılan sahibkarlara, zərər vurulan ictimai əmlaka görə bütün məsuliyyəti ana müxalifət lideri və onun tərəfdarları daşıyır. CHP-nin demokratiya anlayışının açıq səsvermə, gizli hesablama komediyasından kənara çıxa bilmədiyi bir daha sübut olunub. Təxribatlarla vətəndaşlarımızın rahatlığını pozmağa son qoyun. Artıq insanların əsəbləri ilə oynamayın. Təkcə şüarlarını deyil, mentalitetini də götürdüyünüz marjinal solçu təşkilatları bizim polisin üstünə çıxarmayın”.
Dövlət başçısı vurğulayıb ki, neçə gündür Cümhuriyyət Xalq Partiyasının özünün çalıb oynadığı oyunu izləyirlər: "Son 5 gündə şahidi olduqlarımız bizə Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”.