Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirildi

Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı dövlət başçısının tapşırıqlarına uyğun olaraq uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəyə gətirilib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 

Qeyd olunub ki, bu, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində mümkün olub. 

 

Eyni zamanda vurğulanıb ki, gəmi heyəti Eritreyada olan müddət ərzində Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib. 

 

"Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, həmin şəxslər ötən il noyabrın 7-dən Eritreyada saxlanılıb. Onlar “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının istismar etdiyi “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvləri olublar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.