Fidan Tramp dövründə ABŞ-a ilk dəfə rəsmi səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ABŞ-a ilk rəsmi səfərini edəcək.

 

Bununla bağlı “TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, nazir martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

 

Görüş zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq. Bu zaman terrorla mübarizə məsələsi də gündəmdə olacaq. 

 

Həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasında Türkiyə ilə ABŞ arasında əməkdaşlığın təkmilləşdirilməsi də müzakirə olunacaq. 

 

Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini xatırladacaq, Türkiyənin atəşkəsə töhfə verməyə hazır olduğunu vurğulayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.