Ər-Riyadda 12 saatdan çox davam edən Rusiya-ABŞ danışıqları başa çatıb
YENİLƏNİB

Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) danışıqları başa çatıb.

 

TASS bildirir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə məlumat verib.

 

4 dəfə fasilə elan olunmaqla 12 saatdan çox davam edən danışıqların təfərrüatı açıqlanmayıb.

 

**12:46 (24.03.2025)


Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Ər-Riyadda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlayıblar.

 

TASS-ın məlumatına görə, Rusiya nümayəndə heyətinə Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edirlər.

 

ABŞ nümayəndə heyətinin tərkibinə isə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi nümayəndənin köməkçiləri Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts daxildirlər.

 

Xatırladaq ki, analoji görüş dünən Ər-Riyadda ABŞ və Ukrayna rəsmiləri arasında olmuşdu. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.