Türkiyədə 19-23 mart tarixlərində qanunsuz aksiyalarda iştirak edən 1 133 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra CHP sədri Özgür Özəlin küçələrə çağırışı ilə başlayan icazəsiz aksiyalar haqqında danışarkən deyib.
“Saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər də müəyyən edilib”, - Ə.Yerliqaya bildirib.
Nazir əlavə edib ki, toqquşmalar zamanı 123 polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, Türkiyədə aksiyalar 27 marta qədər qadağan edilib. Buna baxmayaraq, CHP İmamoğluya dəstək aksiyaları keçirir.