İranın cənub-şərqindəki Kerman əyalətində 5 maqnitudalı zəlzələ olub.
Məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 8 km dərinlikdə qeydə alınıb.
Məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin iki xilasedici qrupu dəyən ziyanın miqyasını qiymətləndirmək üçün zəlzələ baş verən əraziyə yaxın kəndlərə göndərilib.