İstanbulun Şişli səmtindəki Böyükdərə küçəsində yerləşən otel restoranında atışma baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iki nəfər restoranda oturan insanlara atəş açıb.
Silahlı hücum nəticəsində 3 nəfər yaralanıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb.
Canayətkarlar hadisə yerindən qaçıblar.
Polis onların yaxalanması üçün əməliyyata başlayıb.