Ər-Riyadda Ukrayna-ABŞ danışıqları başa çatıb

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş başa çatıb.

 

TASS xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.

 

Məsləhətləşmələrin iki saata yaxın davam etdiyi bildirilir. Görüşlə bağlı hələ ki, əlavə məlumat verilməyib. Nümayəndə heyətində Umerovdan başqa, Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.

 

ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts olub.

 

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya ilə ABŞ nümayəndə heyətləri arasında görüş olacaq. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. Görüş zamanı Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi müzakirə olunacağı bildirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.