Suriyada hər yerdə internet kəsilib...
NƏ BAŞ VERİR?

Suriyanın hər yerində genişmiqyaslı internet kəsintisi qeydə alınıb.

 

Bu barədə “X” sosial şəbəkəsində “NetBlocks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

 

“Real vaxt rejimində olan şəbəkə məlumatları Suriyada internetin bağlanmasını göstərir ki, bu da bir neçə şəhərə təsir edən telekommunikasiyanın kəsilməsi ilə bağlı xəbərləri təsdiqləyir”, - paylaşımda bildirilir.

 

Hələlik Suriyanın dövlət qurumları bu məsələni şərh etməyib.

 

Qeyd edək ki, Suriyada vəziyyət martın əvvəlindən keçmiş prezident Bəşər Əsədin tərəfdarları ilə yeni hökumət qüvvələri arasında toqquşmaların başlaması ilə gərginləşib. Ölkənin Əl-Laziqiyyə, Tartus, Həma və Homs bölgəsində baş verən toqquşmalar nəticəsində mindən çox insan həyatını itirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.