Kəşfiyyatçılar Trampa İranın planları barədə HANSI MƏLUMATI ÖTÜRÜBLƏR?

"ABŞ-ın kəşfiyyat rəsmilərinin qənaətinə görə, İran Vaşinqton administrasiyasının təhdidlərinə cavab verməyəcək".

 

"The Washington Post" qəzetində dərc olunan məqalədə belə deyilir.

 

Yazıda qeyd olunub ki, kəşfiyyat xidmətinin nümayəndələri bu barədə Ağ Ev lideri Donald Trampa məlumat veriblər.

 

Məxfi qurumun analitiklərinin qiymətləndirməsi belədir ki, İran münaqişədə üstünlüyə malik olduğuna inanır və bu səbəbdən onun ABŞ-ın təhdidlərinə müsbət cavab verməsi ehtimalı azdır. Bildirilib ki, ABŞ lideri bu hesabat barədə məlumatlandırılıb. Nəşrdə qeyd olunub ki, Ağ Ev lideri müntəzəm olaraq İrana qarşı yeni təhdidlər irəli sürür, eyni zamanda ABŞ ilə İslam Respublikası hakimiyyəti arasında əlaqələrin mövcudluğunu qeyd edir.

 

Məlumata görə, İran isə Trampın demək olar ki, bütün iddialarını rədd edir.

 

Mənbələr nəşrə bildiriblər ki, tərəflər indiyə qədər yalnız Pakistan hökuməti vasitəsilə ziddiyyətli tələblər mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.